HAQQIMIZDA
PeakPin haqqında
PeakPin — PEAKPİN MMC (Bakı, 2026) tərəfindən yaradılmış geolokasiya platformasıdır. Təsisçi və direktor: Rasim Ağayev.
Nə edirik
PeakPin ətrafınızda baş verənləri real vaxtda göstərən platformadır. Yaxınlıqdakı insanlar, məkanlar, kampaniyalar və tədbirlər bir tətbiqdə toplanır. Məkanları yalnız indi yaxınlıqda olan, yəni məhz həmin radiusdakı insanlara göstəririk. Sosial media reklamı deyil, real məsafə.
İstifadəçilər üçün
- Kəşf et — seçdiyiniz radiusda yaxınlıqdakı insanları və məkanları xəritədə görün. Görünmək istəmirsinizsə, Ghost Mode ilə gizli qalın.
- Canlı — hazırda açıq olan və yeni açılan məkanlar, bu axşamkı tədbirlər.
- Fürsətlər — yaxınlıqdakı kampaniyalar, ad gününüzə özəl təkliflər və PinBox: gün sonuna qalan məhsulları sərfəli qiymətə sifariş edin.
- Söhbət — təkbətək və qrup söhbətləri, şəkil, video və səsli mesajlar, əyləncəli səs effektləri.
- Peaks — qısa videolar üçün ayrıca lent: Spots (məkanların videoları), Dostlar və Hamı.
- Plan qurun — dostlarınızla görüş planlayın, onları bir linklə PeakPin-ə dəvət edin.
Bizneslər üçün
- Məkanınızın səhifəsini yaradın: şəkillər, iş saatları, boş yerlər, rəylər.
- Kampaniya, tədbir və PinBox əlavə edin. Onlar yaxınlıqdakı real insanlara çatır.
- Məkan adından qısa videolar paylaşın, izləyicilərinizə yeniliklərdən xəbər verin.
- Növbə, kassada kod yoxlaması, işçilər üçün idarəetmə hüququ və filial şəbəkəsi.
- Statistika ilə görünməni və marağı izləyin, növbəti kampaniyanı buna görə planlayın.
Təhlükəsizlik və məxfilik
- Kimin sizi görəcəyini və sizə yaza biləcəyini özünüz seçirsiniz.
- İstənilən istifadəçini, paylaşımı və ya qrupu şikayət edə, istifadəçini bloklaya bilərsiniz. Şikayətlərə moderatorlarımız baxır.
- Hesabınızı istənilən vaxt tətbiqin ayarlarından silə bilərsiniz.
Biz kimik
PeakPin Bakıda yaranıb və Azərbaycan komandası tərəfindən hazırlanır. Məqsədimiz şəhər həyatını insanlara yaxınlaşdırmaq və yerli bizneslərə real müştəri gətirməkdir.
Tətbiq
YükləApp Store
YükləGoogle Play
TEZLİKLƏ
