Məxfilik Siyasəti

Versiya: 2.2 · Son yenilənmə: 16 sentyabr 2026

1. Ümumi məlumat

Bu Məxfilik Siyasəti "PeakPin" mobil tətbiqinin (bundan sonra "Tətbiq" və ya "biz") istifadəçilərinin ("siz") şəxsi məlumatlarının necə toplandığını, istifadə olunduğunu, saxlanıldığını və qorunduğunu izah edir. Tətbiqi istifadə etməklə siz bu Siyasətin şərtlərini qəbul etmiş olursunuz. Siyasət həmçinin peakpin.app saytındakı PeakPinLife müraciət formuna da şamil olunur (bölmə 12).

Tətbiqin sahibi/məsul qurumu: PeakPin MMC
Əlaqə: privacy@peakpin.app

2. Topladığımız məlumatlar

2.1. Qeydiyyat və hesab məlumatları

  • İstifadəçi adı (username) və e-poçt ünvanı
  • Parolunuz Google-un Firebase Authentication xidməti tərəfindən idarə olunur — biz parolu nə görürük, nə saxlayırıq. Parol bərpası e-poçt vasitəsilə aparılır
  • Google və ya Apple hesabı ilə giriş etsəniz, həmin provayderdən e-poçt ünvanınız və adınız alınır; hansı üsulla giriş etdiyiniz hesabınızda qeyd olunur
  • Ad, soyad, təvəllüd tarixi, cins, ölkə, şəhər (istəyə bağlı doldurula bilər)

2.2. Lokasiya məlumatları

  • Cari coğrafi mövqeyiniz, ətrafınızdakı istifadəçiləri, məkanları və təklifləri göstərmək üçün toplanır
  • Görünürlüyün necə idarə olunduğu 2.8-ci bənddə göstərilib

2.3. Media və kontent

  • Profil şəkli, paylaşdığınız foto/video materiallar
  • Yaratdığınız Məkan (venue) və Təklif (offer) elanları, o cümlədən onların koordinatları

2.4. Kommunikasiya

  • Digər istifadəçilərlə mübadilə etdiyiniz mesajlar (yalnız iştirakçılar tərəfindən oxuna bilər)
  • Dəstək xidmətinə göndərdiyiniz formalar

2.5. Ödəniş məlumatları

Tətbiqdaxili VIP abunəlik alarkən kart məlumatlarınız Apple və Google-un ödəniş sistemləri tərəfindən işlənir.

Məkan abunəliyi, kampaniya yerləşdirmə haqqı, boost və PinBox ödənişləri kart vasitəsilə Epoint ödəniş sistemi üzərindən aparılır. Kart məlumatlarınız Epoint-in öz mühitində daxil edilir və işlənir.

Hər iki halda biz kart nömrənizi görmürük və saxlamırıq. Bizdə saxlanan ödəniş qeydi ödənişin məbləği, tarixi, növü və statusundan ibarətdir.

2.6. Avtomatik toplanan texniki data

Cihaz növü, əməliyyat sistemi versiyası, tətbiq versiyası, IP ünvanı.

Tətbiqin istifadə statistikası Firebase Analytics, qəza hesabatları isə Firebase Crashlytics vasitəsilə toplanır. Qəza hesabatı qəzanın baş verdiyi anın texniki izini, cihaz və tətbiq versiyasını əhatə edir.

2.7. Məlumatın saxlanma yeri

Hesabınızın həssas sahələri — doğum tarixi, koordinat, e-poçt, cins, bloklanmış istifadəçilər və bildiriş seçimləri — profilinizdən ayrı, başqa istifadəçinin oxuya bilmədiyi sənəddə saxlanılır. Profil sənədində yalnız publik sahələr qalır.

2.8. Görünürlük və Ghost Mode

  • Koordinatınız başqa istifadəçiyə göndərilməzdən əvvəl şəbəkəyə yuvarlaqlaşdırılır — dəqiq mövqeyiniz heç vaxt paylaşılmır
  • Görünmə radiusunuzu Ayarlar bölməsindən özünüz seçirsiniz
  • Ghost Mode açıq olduqda yaxınlıq siyahılarında, məkan iştirak sayğaclarında və ad günü eşleşmələrində ümumiyyətlə iştirak etmirsiniz

2.9. Məkana check-in və iştirak sayğacı

  • Məkana check-in etmək könüllüdür — bunu siz özünüz edirsiniz
  • Check-in sayı məkan profilində, «ətrafda N istifadəçi» sayı isə Canlı bölməsində bütün istifadəçilərə görünür — yalnız məkan sahibinə deyil
  • Hər iki halda göstərilən yalnız saydır; kimliyiniz, adınız və profiliniz verilmir
  • Say 5-dən azdırsa sıfır göstərilir — az adam olduğu halda konkret şəxsin müəyyən edilməsinin qarşısını almaq üçün
  • Məkanın iştirak tarixçəsi 7 gün saxlanılır

2.10. Doğum tarixi və ad günü kampaniyaları

Doğum tarixiniz yaş yoxlaması üçün toplanır. Ad günü kampaniyaları yalnız Ayarlar → Məxfilik bölməsində bu funksiyanı özünüz açdığınız halda işləyir; defolt olaraq bağlıdır.

  • Açıq olduqda ad gününüz günü yaxınlığınızdakı uyğun məkanlara «bu gün yaxınlığınızda N istifadəçinin ad günüdür» sayı bildirilir
  • Doğum tarixiniz, adınız və kimliyiniz məkanla paylaşılmır
  • Funksiyanı söndürsəniz heç bir ad günü bildirişi göndərilmir

2.11. Cihaz imzası

Hesabınıza yeni cihazdan giriş olduğunu aşkarlamaq və sizə təhlükəsizlik bildirişi göndərmək üçün cihazınızın brauzer/tətbiq imzasının hash dəyəri (SHA-256) saxlanılır. Bu, cihaz identifikatoru deyil və cihazınızı izləmək üçün istifadə olunmur.

2.12. Profil baxışları

Profilinizə kimin baxdığı qeyd olunur və sizə göstərilir. Eyni qayda ilə sizin başqa profilə baxışınız da həmin istifadəçiyə görünür.

Ayarlar → Məxfilik bölməsindəki «Gizli baxış» rejimini açsanız, sizin baxışlarınız qeyd olunmur və profil sahibinə göstərilmir.

2.13. Bildiriş seçimləri

Bildirişlərin səkkiz kateqoriyasını Ayarlardan söndürə bilərsiniz. İki kateqoriya söndürülə bilmir:

  • Təhlükəsizlik — yeni cihazdan giriş və hesab məlumatlarının dəyişməsi. Bunlar hesabın icazəsiz ələ keçirildiyini üzə çıxaran mesajlardır
  • Hesab — ödəniş, abunəlik, kimlik doğrulama və növbə bildirişləri. Bunlar sizin (və ya məkanın) etdiyi əməliyyatın birbaşa nəticəsidir

3. Məlumatlardan necə istifadə edirik

  • Sizə yaxın istifadəçiləri, məkanları və təklifləri göstərmək
  • Hesabınızı təsdiqləmək və təhlükəsizliyini təmin etmək
  • Söhbət və bildiriş funksiyalarını təmin etmək
  • Xidmətin keyfiyyətini artırmaq, xətaları aşkar etmək və düzəltmək
  • Qanuni tələblərə cavab vermək

4. Məlumatların paylaşılması

Sizin şəxsi məlumatlarınızı satmırıq. Aşağıdakı hallarda məhdud şəkildə paylaşıla bilər:

  • Xidmət provayderləri: Google Firebase (məlumat saxlama, autentifikasiya, bildiriş), Google Maps (xəritə), Firebase Analytics və Crashlytics (istifadə statistikası və qəza hesabatları), Apple/Google ödəniş sistemləri (tətbiqdaxili abunəlik), Epoint (kart ödənişləri), Google reCAPTCHA Enterprise (sayt formalarında sui-istifadədən qoruma), Resend (e-poçt bildirişləri)
  • Digər istifadəçilər — görünürlük qaydalarına uyğun
  • Qanuni tələblər əsasında

5. Məlumatların saxlanması və silinməsi

Məlumatlarınız hesabınız aktiv olduğu müddətdə saxlanılır. Bəzi məlumat növləri isə daha qısa müddətdə avtomatik silinir:

  • Story (sənəd, baxış qeydləri və media faylı) — 24 saat
  • Kimlik doğrulama şəkilləri — 90 gün (bax bölmə 11)
  • Vakansiya müraciətinin CV-si və şəxsi məlumatları — vakansiya bağlanandan 180 gün (bax bölmə 12)
  • Məkan iştirak tarixçəsi — 7 gün
  • Ad günü eşleşmələri və siyahısı — 3 gün
  • Daxili bildiriş qeydləri — 3 gün

Məlumat itkisinin qarşısını almaq üçün sistemin ehtiyat nüsxələri saxlanılır. Silinmiş məlumatların ehtiyat nüsxələrdəki kopyaları ən gec 30 gün ərzində avtomatik silinir. Kimlik doğrulama şəkilləri və story media faylları uzunmüddətli ehtiyat nüsxələrə köçürülmür.

5.1. Hesabın silinməsi

Ayarlar → Hesab → «Hesabı sil» funksiyası ilə hesabınızı silə bilərsiniz — bu əməliyyat geri qaytarıla bilməz. Profil məlumatlarınız, mediayanız, story-ləriniz, paylaşımlarınız və bəyənmələriniz silinir.

Başqa istifadəçilərin öz qeydlərinə daxil olan məlumat silinmir, anonimləşdirilir — yəni sizinlə əlaqəsi kəsilir, qeydin özü isə qalır:

  • Verdiyiniz PinBox sifarişləri satıcının satış qeydində adsız formada qalır
  • Yaratdığınız PinBox elanları alıcıların mövcud sifarişləri qüvvədə qalsın deyə adsız formada saxlanılır
  • Yaratdığınız tədbirlər anonimləşdirilir və ləğv edilir
  • Söhbətlərdə göndərdiyiniz mesajlar silinmir — mətn və media çıxarılır, yerində «silinmiş istifadəçi» qeydi qalır ki, qarşı tərəfin söhbət tarixçəsi pozulmasın

Ödəniş qeydləri (məbləğ, tarix, növ, status) maliyyə uçotu və audit tələbləri üçün saxlanılır.

Məkanlara yazdığınız rəylər hazırda hesabla birlikdə silinmir və anonimləşdirilmir — rəyin mətni və reytinqi məkanın profilində qalır. Rəylərinizin silinməsini istəyirsinizsə privacy@peakpin.app ünvanı ilə əlaqə saxlayın.

6. Uşaqların məxfiliyi

Tətbiq 18 yaşından kiçik şəxslər üçün nəzərdə tutulmayıb.

7. Təhlükəsizlik

Məlumatlarınızı qorumaq üçün sənaye standartlarına uyğun texniki tədbirlər tətbiq edirik.

8. Sizin hüquqlarınız

  • Öz məlumatlarınıza baxmaq və onları yeniləmək
  • Məlumatlarınızı Ayarlar → Məxfilik → «Məlumatlarımı ixrac et» bölməsindən oxunaqlı formada ixrac etmək
  • Hesabınızı silmək
  • Lokasiya paylaşımını istənilən vaxt söndürmək
  • Bildirişlərdən imtina etmək (2.13-də göstərilən iki kateqoriyadan başqa)

9. Dəyişikliklər

Bu Siyasət zaman-zaman yenilənə bilər. Əhəmiyyətli dəyişikliklər olduqda tətbiq daxilində bildiriş göndəriləcək.

10. Əlaqə

Suallarınız üçün: privacy@peakpin.app

11. Kimlik doğrulama məlumatları

Toplanan məlumat: Şəxsiyyət vəsiqənizin ön və arxa üzünün şəkli, həmçinin sənədi üzünüzün yanında tutaraq çəkdiyiniz selfie şəkli.

Məqsəd: Şəxsiyyətinizi təsdiqləmək və platformada etibarlılığınızı artırmaq ("mavi tık" nişanı) üçün istifadə olunur.

Kimlərlə paylaşılır: Bu məlumat üçüncü tərəflərlə paylaşılmır — yalnız səlahiyyətli admin/moderatorlar tərəfindən nəzərdən keçirilir.

Təhlükəsizlik: Şəkillər şifrələnmiş saxlama (Firebase Storage) mühitində, girişə məhdudiyyət qoyan qaydalarla qorunur. Adi istifadəçilər — sənəd sahibi daxil olmaqla — bu şəkillərə birbaşa giriş əldə edə bilməz.

Saxlama müddəti: Kimlik doğrulama üçün təqdim etdiyiniz şəkillər (vəsiqə + selfie) 90 gün ərzində saxlanılır, bu müddətdən sonra sistemdən avtomatik silinir.

İstifadəçi hüquqları: İstənilən vaxt kimlik doğrulama məlumatınızın silinməsini tələb edə bilərsiniz (bu, "mavi tık" statusunun da geri alınması deməkdir) — bunun üçün privacy@peakpin.app ünvanı ilə əlaqə saxlayın.

12. PeakPinLife vakansiya müraciətləri

Bu bölmə peakpin.app/peakpinlife səhifəsindəki müraciət formuna aiddir. Müraciət etmək üçün PeakPin hesabı tələb olunmur.

Toplanan məlumat:

  • Ad, soyad, e-poçt ünvanı və telefon nömrəsi
  • CV faylı (PDF və ya DOCX, ən çox 5 MB)
  • İstəyə bağlı: LinkedIn və ya portfolio linki, qısa qeyd
  • Müraciət etdiyiniz vakansiya, formun dili, müraciət tarixi, razılıq verdiyiniz mətnin versiyası və vaxtı

Sui-istifadədən qoruma: Formda Google reCAPTCHA Enterprise işləyir. O, avtomatlaşdırılmış müraciətləri ayırmaq üçün IP ünvanınızı, brauzer məlumatlarınızı və səhifə ilə qarşılıqlı əlaqənizi Google-a göndərir. Nəticədə hesablanan risk balı müraciətinizlə birlikdə saxlanılır. Eyni ünvandan saatda 10-dan çox müraciətin qarşısını almaq üçün IP ünvanınız sayğacda yalnız gizli açarla hesablanmış, geri çevrilə bilməyən heş formasında saxlanılır.

Məqsəd: Namizədliyinizi müraciət etdiyiniz vakansiya üzrə qiymətləndirmək, bununla bağlı sizinlə əlaqə saxlamaq və formu sui-istifadədən qorumaq. Məlumatlarınız marketinq məqsədilə istifadə olunmur.

Hüquqi əsas: Formu göndərərkən verdiyiniz razılıq.

Kimlər görür:

  • Müraciətinizi yalnız PeakPin-in işə qəbulla məşğul olan səlahiyyətli əməkdaşları görür.
  • CV faylının daimi linki yoxdur. Hər açılış üçün 10 dəqiqəlik keçici link yaradılır və faylı kimin açdığı qeydə alınır.

Xidmət provayderləri:

  • Google Firebase — məlumatların saxlanması.
  • Google reCAPTCHA Enterprise — sui-istifadədən qoruma.
  • Resend — həm yeni müraciət barədə daxili bildiriş, həm də sizə göndərilən məktublar. Daxili bildirişdə yalnız adınız, soyadınız və vakansiyanın adı olur; e-poçtunuz, telefonunuz və CV-niz göndərilmir.

Sizə göndərilən məktublar: Müraciətinizi göndərəndə təsdiq məktubu alırsınız. Sonra yalnız müsahibəyə dəvət, qəbul və rədd hallarında bildiriş göndərilir; digər daxili status dəyişiklikləri barədə məktub getmir. Məktublar Azərbaycan dilindədir və yalnız adınızı və vakansiyanın adını daşıyır — CV-niz, telefonunuz və qeydiniz məktuba daxil edilmir. Cavab ünvanı: ceo@peakpin.app.

Saxlama müddəti:

  • Vakansiya bağlanandan 180 gün sonra CV faylınız və müraciətdəki şəxsi məlumatlarınız (ad, soyad, e-poçt, telefon, link, qeyd) avtomatik silinir. Statistika üçün yalnız vakansiya, müraciət tarixi və status adsız qalır.
  • Vakansiya bağlanmadan silinibsə, bu müddət müraciət tarixindən hesablanır.
  • CV faylları uzunmüddətli ehtiyat nüsxələrə köçürülmür. Silinmiş faylın texniki bərpa nüsxəsi ən gec 10 gün ərzində silinir.
  • Müraciət qeydinin ehtiyat nüsxələrdəki kopyası ən gec 30 gün ərzində silinir.

Hüquqlarınız: Müraciətinizlə bağlı məlumatlara baxmaq, onları düzəltmək, müddətdən əvvəl silinməsini tələb etmək və razılığınızı geri götürmək üçün müraciətdə göstərdiyiniz e-poçtdan privacy@peakpin.app ünvanına yazın. Razılığı geri götürdükdə müraciətinizə baxılması dayandırılır.

1. General Information

This Privacy Policy explains how the "PeakPin" mobile application ("App", "we") collects, uses, stores, and protects the personal data of its users ("you"). By using the App, you agree to the terms of this Policy. This Policy also covers the PeakPinLife application form on the peakpin.app website (section 12).

App owner/responsible party: PeakPin MMC
Contact: privacy@peakpin.app

2. Information We Collect

2.1. Registration and account data

  • Username and email address
  • Your password is managed by Google's Firebase Authentication service — we neither see nor store it. Password recovery is carried out by email
  • If you sign in with a Google or Apple account, your email address and name are obtained from that provider; which method you signed in with is recorded on your account
  • First name, last name, date of birth, gender, country, city (optional)

2.2. Location data

  • Your real-time location, collected to show nearby users, venues, and offers
  • How visibility is controlled is described in section 2.8

2.3. Media and content

  • Profile photo, photos/videos you share
  • Venues and Offers you create, including their coordinates

2.4. Communications

  • Messages exchanged with other users (readable only by participants)
  • Support form submissions

2.5. Payment information

Card details for in-app VIP subscriptions are processed by Apple's and Google's billing systems.

Venue subscriptions, campaign placement fees, boosts and PinBox payments are processed by card through Epoint. Your card details are entered and processed within Epoint's own environment.

In both cases we do not see or store your card number. The payment record we keep consists of the amount, date, type and status.

2.6. Automatically collected technical data

Device type, OS version, app version, IP address.

Usage statistics are collected via Firebase Analytics and crash reports via Firebase Crashlytics. A crash report contains the technical trace of the moment of the crash, plus the device and app version.

2.7. Where your data is stored

Sensitive fields on your account — date of birth, coordinates, email, gender, blocked users and notification preferences — are stored separately from your profile, in a document no other user can read. Only public fields remain on the profile document.

2.8. Visibility and Ghost Mode

  • Your coordinates are rounded to a grid before being sent to any other user — your exact position is never shared
  • You choose your own visibility radius in Settings
  • With Ghost Mode on you do not appear in nearby lists, venue presence counters or birthday matching at all

2.9. Venue check-in and the presence counter

  • Checking in to a venue is voluntary — you do it yourself
  • The check-in count on a venue profile, and the "N users nearby" count in the Live section, are visible to all users — not only to the venue owner
  • In both cases only a count is shown; your identity, name and profile are not provided
  • A count below 5 is shown as zero, so that an individual cannot be identified when few people are present
  • A venue's presence history is kept for 7 days

2.10. Date of birth and birthday campaigns

Your date of birth is collected for age verification. Birthday campaigns work only if you turn the feature on yourself in Settings → Privacy; it is off by default.

  • When on, eligible venues near you are told a count — "N users near you have a birthday today"
  • Your date of birth, name and identity are not shared with the venue
  • If you turn the feature off, no birthday notification is sent

2.11. Device signature

A hash (SHA-256) of your device's browser/app signature is stored so we can detect a sign-in from a new device and send you a security notification. It is not a device identifier and is not used to track your device.

2.12. Profile views

Who views your profile is recorded and shown to you. By the same rule, your view of another profile is visible to that user.

If you turn on Incognito browsing in Settings → Privacy, your views are not recorded and are not shown to the profile owner.

2.13. Notification preferences

You can turn off eight categories of notification in Settings. Two categories cannot be turned off:

  • Security — sign-in from a new device and changes to account credentials. These are the messages that reveal an unauthorised takeover
  • Account — payment, subscription, identity verification and queue notifications. These are the direct consequence of an action you (or the venue) took

3. How We Use Your Information

  • To show you nearby users, venues, and offers
  • To verify your account and maintain security
  • To provide chat and notification features
  • To improve service quality and fix errors
  • To comply with legal obligations

4. Data Sharing

We do not sell your personal data. It may be shared in the following limited cases:

  • Service providers: Google Firebase (storage, authentication, notifications), Google Maps (maps), Firebase Analytics and Crashlytics (usage statistics and crash reports), Apple/Google payment systems (in-app subscriptions), Epoint (card payments), Google reCAPTCHA Enterprise (abuse protection on website forms), Resend (email notifications)
  • Other users — per the visibility rules
  • In response to legal requirements

5. Data Retention and Deletion

Your data is retained while your account is active. Some categories are deleted automatically after a shorter period:

  • Stories (document, view records and media file) — 24 hours
  • Identity verification images — 90 days (see section 11)
  • Job application CVs and personal data — 180 days after the vacancy closes (see section 12)
  • Venue presence history — 7 days
  • Birthday matches and lists — 3 days
  • Internal notification records — 3 days

To prevent data loss, system backups are kept. Copies of deleted data held in backups are deleted automatically within 30 days at the latest. Identity verification images and story media files are not copied into long-term backups.

5.1. Account deletion

You can delete your account via Settings → Account → "Delete Account" — this is irreversible. Your profile data, media, stories, posts and likes are deleted.

Data that forms part of another user's own records is not deleted but anonymised — its link to you is removed while the record itself remains:

  • PinBox orders you placed remain, unnamed, in the seller's sales record
  • PinBox listings you created are kept, unnamed, so that buyers' existing orders remain valid
  • Events you created are anonymised and cancelled
  • Messages you sent in chats are not deleted — the text and media are removed and a "deleted user" marker is left in their place, so the other participant's conversation history stays intact

Payment records (amount, date, type, status) are retained for accounting and audit purposes.

Reviews you wrote about venues are currently neither deleted nor anonymised with your account — the review text and rating remain on the venue's profile. If you want your reviews removed, contact privacy@peakpin.app.

6. Children's Privacy

The App is not intended for individuals under 18.

7. Security

We apply industry-standard technical measures to protect your data.

8. Your Rights

  • Access and update your data
  • Export your data in readable form via Settings → Privacy → "Export my data"
  • Delete your account
  • Turn off location sharing at any time
  • Opt out of notifications (except the two categories listed in 2.13)

9. Changes

This Policy may be updated from time to time. We will notify you in-app of significant changes.

10. Contact

For questions: privacy@peakpin.app

11. Identity Verification Data

Data collected: Photos of the front and back of your government-issued ID, and a selfie photo taken while holding the ID next to your face.

Purpose: Used to verify your identity and increase your trustworthiness on the platform (the "blue check" badge).

Who it's shared with: This data is not shared with third parties — it is reviewed only by authorized admins/moderators.

Security: Images are protected in encrypted storage (Firebase Storage) with access-restricted rules. Regular users — including the document owner — cannot access these images directly.

Retention period: Images you submit for identity verification (ID + selfie) are retained for 90 days, after which they are automatically deleted from our systems.

Your rights: You may request deletion of your identity verification data at any time (this also revokes the "blue check" status) — contact privacy@peakpin.app.

12. PeakPinLife Job Applications

This section covers the application form at peakpin.app/peakpinlife. You do not need a PeakPin account to apply.

Data collected:

  • First name, last name, email address and phone number
  • CV file (PDF or DOCX, up to 5 MB)
  • Optional: LinkedIn or portfolio link, short note
  • The vacancy you applied for, form language, application date, and the version and time of the text you consented to

Abuse protection: The form uses Google reCAPTCHA Enterprise. To distinguish automated submissions, it sends your IP address, browser information and interaction with the page to Google. The resulting risk score is stored with your application. To block more than 10 applications per hour from the same address, your IP address is kept in a counter only as an irreversible hash computed with a secret key.

Purpose: To assess your application for the vacancy you applied for, to contact you about it, and to protect the form from abuse. Your data is not used for marketing.

Legal basis: The consent you give when submitting the form.

Who can see it:

  • Only authorised PeakPin staff responsible for recruitment can see your application.
  • Your CV has no permanent link. A temporary 10-minute link is created each time it is opened, and who opened it is recorded.

Service providers:

  • Google Firebase — storage.
  • Google reCAPTCHA Enterprise — abuse protection.
  • Resend — both the internal notice about a new application and the emails sent to you. The internal notice contains only your first and last name and the vacancy title; your email, phone number and CV are not sent.

Emails you receive: You get a confirmation when you submit your application. After that we write only for an interview invitation, an offer or a rejection; other internal status changes are not emailed. The emails are in Azerbaijani and carry only your first name and the vacancy title — your CV, phone number and note are not included. Replies go to ceo@peakpin.app.

Retention:

  • 180 days after the vacancy closes, your CV file and the personal data in your application (name, email, phone, link, note) are deleted automatically. Only the vacancy, application date and status remain, anonymously, for statistics.
  • If the vacancy is deleted without being closed, the period runs from your application date.
  • CV files are not copied into long-term backups. The technical recovery copy of a deleted file is removed within 10 days at the latest.
  • Backup copies of the application record are deleted within 30 days at the latest.

Your rights: To access or correct your application data, request its early deletion, or withdraw your consent, write to privacy@peakpin.app from the email address you used to apply. Withdrawing consent ends the review of your application.