MƏKAN SAHİBLƏRİ ÜÇÜN

Şəhərin ritmində, biznesin böyüsün.

Yanınızdan keçən
müştəriləri qazanın

PeakPin sizi yalnız yaxınlıqdakı — indi, məhz bu radiusda olan — insanlara göstərir. Sosial media reklamı deyil, real məsafə.

TEZLİKLƏApp Store
YükləGoogle Play
TEZLİKLƏ
PeakPin Business
PeakPin biznes statistikası
Kampaniya yaratma ekranı
↗︎

Bu gün yaxınlığınızda ad günü olan müştərilər var. Onlara xüsusi təklifinizi çatdırın.

uyğun kateqoriyalar üçün (restoran, kafe, gözəllik salonu, spa və s.)

Ətraflı
PROBLEM

Üç tanış problem

Söhbətə həlldən yox, problemdən başlayaq.

Boş saatlar

Səhər 10-dan 12-yə qədər zal boşdur. Həmin saatda 200 metr aralıda 50 nəfər var və onlar sizin varlığınızdan xəbərsizdir.

İzləyicinizin hamısı yanınızda deyil

Instagram-da sizi izləyən minlərlə insanın çoxu həmin anda başqa yerdədir. PeakPin isə indi, fiziki olaraq sizə yaxın olan insanları hədəfləyir.

Müştəri sizi tapmır

Yeni açılmısınız və ya yan küçədəsiniz. Adam yanınızdan keçir, xəbəri yoxdur.

PeakPin bu üçünü də həll edir — çünki məsafə əsaslıdır.

MODULLAR

Kateqoriyanıza uyğun modullar — bir abunədə

Modullar məkanın kateqoriyasına görə açılır: məsələn, PinBox restoran, kafe, fast-food, şirniyyat evi, parfümeriya və market üçündür; növbə və tədbir də öz kateqoriyalarında. Məkanınıza açıq olanları tətbiqdə görürsünüz.

REAL EKRAN
01 · KAMPANİYALAR

Endirimi radiusdakı hər kəsə göstərin

«Bu gün 15:00-a qədər ikinci qəhvə hədiyyə» — həmin radiusda olan hər kəs onu görür. Telefon əlində, indi, yaxınlıqda.

  • Abunəyə daxildir
  • Endirim, hədiyyə, 1+1, sabit qiymət, Happy Hour, ilk ziyarət — altı kampaniya növü
  • Kampaniya Canlı-da «Yaxınlıqdakı kampaniyalar» rəfinə və Kəşf et → Fürsətlər siyahısına düşür
  • Radiusu sizi əhatə edən istifadəçilər yeni kampaniyalar barədə gündəlik xülasə bildirişi alır
  • «Kampaniyanı önə çək» — «Önə çəkilib» nişanı və Canlı-dakı kampaniya siyahısında birinci yer
REAL EKRAN
02 · PINBOX

Qalan məhsulunuzu əlavə gəlirə çevirin

Günün sonunda qalan məhsullarınızı PeakPin-də xüsusi təklifə çevirin, siz əlavə gəlir qazanın, müştərilər isə sərfəli fürsətlərdən yararlansın.

Müştəri tətbiqdən əvvəlcədən ödəyir, QR kodla götürür — sizə nağd və borc yoxdur.

  • Pro paketində ayda 15 qutu, Max-da limitsiz
  • Təhvil vaxtını və stoku siz təyin edirsiniz
  • Stok serverdə ayrılır — eyni qutu iki dəfə satılmır
  • Kassada «Qutunu təhvil ver»: QR kodu oxudun və ya 6 rəqəmli kodu daxil edin — müştərinin interneti olmasa da
  • Müştəri sifarişdən əvvəl qutunun təsvirini və təhvil vaxtını görür

Müştəri təhvil pəncərəsində gəlmirsə, məbləğ ona qaytarılmır.

REAL EKRAN
03 · TƏDBİRLƏR VƏ NÖVBƏ

Uyğun kateqoriyalarda abunəyə daxildir

Canlı musiqi, DJ gecəsi, uşaq şənliyi, dequstasiya. Radiusdakı hər kəs görür; tədbir başlayanda «İndi» və «CANLI» nişanları ilə önə çıxır.

  • Tədbirlər
  • Növbə sistemi
  • Boş yer sayını təyin edirsiniz, müştərilər tətbiqdən sıraya yazılır. Növbə ekranında «Çağır», «Gəldi», «Gəlmədi» — çağırılan müştəriyə «Sıra sizindir!» bildirişi gedir.
REAL EKRAN
04 · AD GÜNÜ KAMPANİYALARI

Ad günü olan adam onsuz da harasa gedir

Hər gün saat 11:00-da sizə bildiriş gəlir: «Ətrafınızda 346 nəfərin ad günüdür». Kampaniya yaradırsınız, saat 13:00-da ad günü olan istifadəçilər sizin təbrikinizi və təklifinizi alır.

  • «Filan Restoran ad gününüzü təbrik edir və sizə xüsusi endirim təklif edir.»
  • Şəxsi məlumatlar sizə verilmir — yalnız say göstərilir.
  • Uyğun kateqoriyalar: restoran, pub, kofe şop, şirniyyat evi, fast-food, kinoteatr, karaoke-bar, gecə klubu, spa/sauna, kosmetologiya, foto studio, gözəllik salonu, parfümeriya və kosmetika
REAL EKRAN
05 · SPOTS — MƏKAN VİDEOLARI

Məkanınızı videoda göstərin — Peaks-də ayrıca «Spots» lenti

Video paylaşanda «Məkanım adından paylaş»-ı seçin: video Peaks-in Spots lentinə düşür, üstündə «MƏKAN» nişanı və «Məkana bax» kartı olur — izləyici bir toxunuşla məkan səhifənizdədir.

  • Spots-da yalnız təsdiqlənmiş məkanların videoları var: baxılmamışlar və ən yeniləri öndə
  • Eyni video «Hamı» lentinə də düşür — Peaks alqoritmi onu əvvəlcə yaxınlıqdakılara və izləyicilərinizə, sonra şəhərə, ölkəyə və dünyaya göstərir
  • «Məkana bax» birbaşa məkan səhifənizi açır — «Zəng et», marşrut və sosial şəbəkələrinizlə
  • İzləyici videonu iki toxunuşla bəyənir, paylaşır, endirir — endirilən videoda «PeakPin · @müəllif» nişanı qalır
REAL EKRAN
06 · CANLI STATİSTİKA

Nəticəni ay sonunu gözləmədən görün

«Mənim məkanlarım» → ⋮ → «Statistika»: bu ay və bu gün üzrə canlı rəqəmlər, ekran açıq qaldıqca özü yenilənir.

  • «Aktiv maraq göstərənlər» — marşrut, «Zəng et», WhatsApp, Instagram və TikTok klikləri
  • «Məkana gələnlər» — ən azı 60 dəqiqəlik check-in; öz ziyarətiniz sayılmır
  • «Tətbiqdə görünmə» və «Profilə baxış» — neçə nəfər sizi gördü və səhifənizi açdı
  • Ətraflı aylıq PDF hesabatı da var — rayon üzrə mövqe və ən sıx saatlar, hər ayın 25-də
REAL EKRAN
07 · MƏKAN SƏHİFƏSİ

Müştəri bir toxunuşla zəng edir, bir toxunuşla yola düşür

Foto qalereya, reytinq, iş saatları, xəritədə pin, «Zəng et», marşrut və sosial şəbəkələriniz — hamısı bir səhifədə.

  • «Zəng et» WhatsApp nömrənizi yığır; nömrə yoxdursa düymə görünmür
  • Marşrut: Google Maps, Waze, iPhone-da Apple Maps
  • WhatsApp, Instagram, TikTok — yalnız doldurduğunuz keçidlər görünür
  • Hər toxunuş statistikanıza «Aktiv maraq» kimi yazılır
  • «Hazırda N PeakPin istifadəçisi buradadır»; heç kim yoxdursa — «İlk check-in edən siz olun»
NƏ DAXİLDİR

Bir abunədə nələr var

Məkanınızı yaxınlıqdakı insanlara göstərən alətlər — bir yerdə. Modulların bir qismi kateqoriyadan asılıdır.

Kampaniyalar və 1+1 təklifləri

Endirim, Happy Hour, 1+1 — radiusdakı hər kəs görür.

Tədbirlər və önə çəkmə

Tədbirlərinizi yaxınlıqdakılara göstərin, istədiyinizi siyahının başına çıxarın.

Növbə və «indi boş yer var»

Boş yer sayını göstərin — müştərilər tətbiqdən sıraya yazılsın.

PinBox

Günün sonunda qalan məhsulu əvvəlcədən ödənilmiş qutu kimi satın.

Ad günü təklifləri

Yaxınlıqda ad günü olanlara təbrik və xüsusi təklif çatdırın.

«Hazırda burada N nəfər»

Məkanınızda indi neçə PeakPin istifadəçisi olduğu profilinizdə görünür.

Statistika

Canlı rəqəmlər: aktiv maraq, məkana gələnlər, görünmə və profilə baxış — bu ay və bu gün.

Menecer hesabı

Menecer öz hesabı ilə girir: PinBox kodunu yoxlayır, növbəni aparır, kampaniya və tədbir yaradır. Ödənişlər və ayarlar sizdə qalır.

Filial şəbəkəsi

Eyni markanın ünvanlarını bir şəbəkədə birləşdirin, elanı bir toxunuşla digər filiallara da tətbiq edin.

Rəylər və cavablar

Müştəri rəylərinə məkan adından cavab verin; «Doğrulanmış müştəri» nişanı həqiqətən gəlmiş qonağı göstərir.

Spots — məkan videoları

«Məkanım adından» paylaşın — video Spots-da «MƏKAN» nişanı ilə, «Hamı» lentində isə Peaks alqoritmi ilə yayılır.

«Zəng et» və marşrut

Müştəri məkan səhifənizdən bir toxunuşla zəng edir və ya marşrutu açır.

Canlı-da açıq / bağlı

Bağlı olanda «Bağlı · 11:00-da açılır» yazılır — müştəri boşuna gəlmir, açılanda isə sizi tapır.

Gündəlik yaxınlıq xülasəsi

Yeni kampaniya, tədbir və PinBox-lar radiusu sizi əhatə edən istifadəçilərə gündəlik xülasə bildirişi ilə çatır.

Önə çəkmə və VIP məkan profili könüllü əlavə xidmətlərdir — şərtləri tətbiqdədir.

Nə qədər başa gəlir?

Abunə qiyməti və şərtləri tətbiqdə göstərilir.

NECƏ BAŞLAMALI

Altı addım, təxminən beş dəqiqə

01

Tətbiqi yükləyin, qeydiyyatdan keçin

TEZLİKLƏApp Store
YükləGoogle Play
TEZLİKLƏ
02

«Biznes fəaliyyəti var» seçin

03

Məkan profilini doldurun: ad, kateqoriya, ünvan, şəkil, iş saatları

04

Abunə haqqını ödəyin: Android-də kartla, iPhone-da App Store ilə

05

Moderasiyadan keçin — adətən bir neçə saat

06

Təsdiqdən sonra məkan istifadəçilərə görünür

Ödəniş moderasiyadan əvvəldir. Elan rədd edilsə, kartla ödəniş tam qaytarılır (banka çatması 3–14 iş günü), App Store ilə ödəniş isə biznes balansınıza kredit kimi yazılır və növbəti biznes ödənişində avtomatik istifadə olunur.

ƏLAQƏ

Sualınız var?

Yazın — məkanınıza hansı modulların uyğun olduğunu birlikdə müəyyən edək.

Bizə yazın