İstifadə Şərtləri

Versiya: 1.6 · Son yenilənmə: 25 oktyabr 2026

1. Şərtlərin qəbulu

"PeakPin" mobil tətbiqini ("Tətbiq") yükləməklə, qeydiyyatdan keçməklə və ya istifadə etməklə siz bu İstifadə Şərtlərini tam qəbul etmiş olursunuz.

Tətbiqin sahibi/məsul qurumu: PeakPin MMC
Əlaqə: privacy@peakpin.app

2. Yaş məhdudiyyəti

Tətbiqdən istifadə üçün minimum yaş həddi 18-dir.

3. Hesab

  • Qeydiyyat məlumatlarınızın düzgünlüyünə görə siz məsuliyyət daşıyırsınız
  • Hesabınızın təhlükəsizliyinə görə siz məsuliyyət daşıyırsınız
  • Bir e-poçt ünvanı yalnız bir hesaba bağlana bilər
  • Hesabınızı istənilən vaxt silə bilərsiniz

4. İstifadəçi davranış qaydaları

Aşağıdakılar QADAĞANDIR: saxta profil/məkan/təklif yaratmaq, digər istifadəçiləri təhqir/hədə/təciz etmək, qeyri-qanuni məzmun paylaşmaq, spam göndərmək, başqasının şəxsiyyətini saxtalaşdırmaq, təhlükəsizlik sistemlərini pozmağa cəhd etmək.

PeakPin təhqiramiz, nifrət dolu, zorakı, cinsi və ya qanunsuz məzmuna və belə davranan istifadəçilərə qarşı sıfır dözümlüdür. Belə məzmun silinir, onu paylaşan hesab bloklanır.

5. İstifadəçi tərəfindən yaradılan kontent

Yaratdığınız kontentin dəqiqliyinə görə siz məsuliyyət daşıyırsınız. Qaydaları pozan kontenti xəbərdarlıq etmədən silə bilərik.

6. VIP Abunəlik və Ödənişlər

Aylıq, 3 Aylıq və İllik paketlər mövcuddur; qiymətlər App Store və Google Play-də, sizin regionunuzun valyutasında göstərilir. Abunəlik avtomatik yenilənir. Pulsuz sınaq müddəti yoxdur.

İstifadəçi VIP abunəliyi yalnız tətbiqdaxili satınalma yolu ilə — Apple App Store və Google Play sistemləri vasitəsilə — əldə edilir; bu paket üçün kart ödənişi yolu nəzərdə tutulmayıb. Abunəliyin ləğvi və geri qaytarılması müvafiq mağazanın öz qaydalarına tabedir.

Biznes xidmətləri (məkan paketləri — «Sadə abunə», «Pro», «Max», Premium məkan və önə çəkmə) ayrıca xidmətlərdir: iOS-da App Store-un tətbiqdaxili satınalma sistemi ilə, Android-də kart vasitəsilə ödəniş xidməti üzərindən ödənilir. PinBox hər iki platformada ödəniş xidməti ilə ödənilir — bax Publik Oferta.

Sponsorlu məzmun. Tətbiqdə «Sponsor» nişanı ilə açılış reklamı və sponsorlu paylaşımlar göstərilə bilər. Sponsorlu məzmun da bu Şərtlərə və İcma Qaydalarına tabedir; ondan adi paylaşım kimi şikayət edə bilərsiniz.

7. Məkan və Təklif Elanlarının Moderasiyası və Ödəniş Şərtləri

Platformada məkan profili saxlamaq aylıq paket («Sadə abunə», «Pro» və ya «Max») əsasında ödənişlidir — birdəfəlik haqq deyil. Abunəçi (Sifarişçi) fiziki şəxs qismində, məkanın sahibi və ya səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Paket məkana deyil, onu təmsil edən fiziki şəxsə aiddir; paketin şərtləri Biznes Xidmətlərinin Publik Ofertası (§1.4) ilə tənzimlənir. Eyni şəxsə məxsus bir neçə məkan filial şəbəkəsi kimi birləşdirilə bilər — bu halda hər filialın paket qiymətinə şəbəkənin ölçüsündən asılı endirim tətbiq olunur (Oferta §4.1.1). Məkan sahibi öz məkanı üzrə işçi dəvət edə bilər və dəvət etdiyi şəxslərin tətbiqdəki hərəkətlərinə görə məsuliyyət daşıyır (Oferta §1.7). Hər paketə daxil olan imkanlar və ödəniş dövrü üzrə kampaniya və tədbir sayları tətbiqin «Paketləri müqayisə et» ekranında göstərilir. Limit dolduqda növbəti ödəniş dövrünədək yeni kampaniya (tədbir) yaradıla bilməz — limitdən artıq kampaniya və ya tədbir üçün ödənişli yol yoxdur, daha yüksək paketə keçmək olar (Oferta §3.4). Məkan profili, kampaniya və tədbirlər dərcdən əvvəl moderasiyadan keçir. Ödənilmiş profilin moderasiya nəticəsi üç formada ola bilər:

1. Təsdiqlənmə
Elanınız/təklifiniz təsdiqləndikdə dərhal aktivləşir və digər istifadəçilərə görünən olur.

2. Rədd edilmə
Elanınız/təklifiniz platformanın qaydalarına (İcma Qaydaları daxil olmaqla) uyğun olmadığına görə tam rədd edilərsə, ödədiyiniz məbləğ tam həcmdə geri qaytarılır. Geri qaytarma prosesi bizim tərəfimizdən dərhal başladılır, lakin real vəsaitin kartınıza köçürülməsi bank və ödəniş provayderinin işləmə müddətindən asılı olaraq 3-14 iş günü çəkə bilər.

3. Düzəlişə göndərilmə
Elanınızda/təklifinizdə kiçik bir uyğunsuzluq (məs. səhv kateqoriya, keyfiyyətsiz şəkil) aşkar edilərsə, ödəniş dərhal geri qaytarılmır. Bunun əvəzinə, sizə düzəliş etmək üçün 7 (yeddi) təqvim günü verilir. Bu müddət ərzində elanı düzəldib yenidən göndərə bilərsiniz — əlavə ödəniş tələb olunmur, mövcud ödənişiniz qüvvədə qalır. Əgər 7 gün ərzində düzəliş edilməzsə, elan/təklif avtomatik olaraq rədd edilmiş sayılır və ödənişiniz tam həcmdə geri qaytarılır.

App Store ödənişi. App Store ilə edilmiş ödənişi biz geri qaytara bilmirik: profil rədd edilərsə, ödənilmiş məbləğ biznes balansınıza kredit kimi yazılır və növbəti biznes ödənişinizdə avtomatik istifadə olunur (Oferta §8.4).

Tədbirlər. Tədbir modulu paketə və məkanın kateqoriyasına görə əlçatandır; tədbir yaratmaq əlavə ödənişsizdir.

Məkanın ilk tədbirləri moderasiyadan keçir. Məkan müəyyən sayda tədbir yayımladıqdan sonra sonrakı tədbirləri dərhal yayımlanır. Moderasiyada olan tədbir öz başlama vaxtına qədər təsdiqlənməzsə avtomatik olaraq yayımlanmır və sahibə bildiriş göndərilir — belə halda tədbir yenidən yaradıla bilər.

Ödənişin gecikməsi. Məkan abunəliyi güzəşt müddəti ərzində ödənilməzsə məkanın statusu dayandırılır: məkan və elanları istifadəçilərə göstərilmir, yeni kampaniya, tədbir və PinBox yaradıla bilmir, dövrün limitləri dondurulur. Ödəniş edildikdən sonra məkan bərpa olunur.

Geri qaytarma ilə bağlı suallarınız üçün: privacy@peakpin.app

Biznes obyektinin profilini yaradan və ödənişli xidmətlərdən istifadə edən istifadəçilərə əlavə olaraq PeakPin Biznes Xidmətlərinin Publik Ofertası tətbiq edilir.

8. Lokasiya əsaslı xidmətlər və şəxsi təhlükəsizlik

BİZ İSTİFADƏÇİLƏR ARASINDAKI QARŞILIQLI ƏLAQƏLƏRƏ VƏ GÖRÜŞLƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIRIQ. Fiziki görüşlərdə ehtiyatlı olmaq sizin öz məsuliyyətinizdədir.

9. Məsuliyyətin məhdudlaşdırılması

Tətbiq "olduğu kimi" təqdim olunur, xidmətin fasiləsiz işləyəcəyinə zəmanət vermirik.

10. Hesabın dayandırılması

Bu Şərtləri pozduğunuz təqdirdə hesabınızı xəbərdarlıq etmədən dayandıra və ya silə bilərik.

11. Şərtlərin dəyişdirilməsi

Bu Şərtlər zaman-zaman yenilənə bilər.

12. Əlaqə

Suallarınız üçün: privacy@peakpin.app

1. Acceptance of Terms

By downloading, registering for, or using the "PeakPin" mobile application ("App"), you fully accept these Terms of Service.

App owner/responsible party: PeakPin MMC
Contact: privacy@peakpin.app

2. Age Requirement

The minimum age to use the App is 18.

3. Account

  • You are responsible for the accuracy of your registration information
  • You are responsible for your account's security
  • An email address may only be linked to one account
  • You may delete your account at any time

4. User Conduct Rules

PROHIBITED: creating fake profiles/venues/offers, harassing or threatening other users, posting illegal content, sending spam, impersonating others, attempting to breach security systems.

PeakPin has zero tolerance for abusive, hateful, violent, sexual or illegal content and for users who behave this way. Such content is removed and the account that shared it is blocked.

5. User-Generated Content

You are responsible for the accuracy of the content you create. We may remove rule-violating content without notice.

6. VIP Subscription and Payments

Monthly, 3-Month, and Annual tiers are available; prices are shown in the App Store and Google Play, in your region's currency. Subscriptions auto-renew. No free trial.

A user VIP subscription is obtained solely through in-app purchase — via the Apple App Store and Google Play systems; there is no card-payment route for this package. Cancellation and refunds are governed by the respective store's own rules.

Business services (venue plans — "Basic listing", "Pro", "Max", Premium venue and boosts) are separate services: paid through App Store in-app purchase on iOS and by card through a payment service on Android. PinBox is paid through the payment service on both platforms — see the Public Offer.

Sponsored content. App-launch ads and sponsored posts marked "Sponsor" may be shown in the app. Sponsored content is also subject to these Terms and the Community Guidelines; you can report it like any other post.

7. Venue and Offer Listing Moderation and Refund Policy

Maintaining a venue profile on the platform is paid on a monthly plan basis ("Basic listing", "Pro" or "Max") — not as a one-off fee. The subscriber (Customer) acts as a natural person, as the owner or authorised representative of the venue. The plan belongs to that natural person, not to the venue; its terms are governed by the Public Offer for PeakPin Business Services (§1.4). Several venues owned by the same person may be grouped into a branch network — in that case each branch's plan price is discounted according to the size of the network (Offer §4.1.1). A venue owner may invite staff for their venue and is responsible for those people's actions in the app (Offer §1.7). What each plan includes, and the number of campaigns and events per billing period, are shown on the "Compare plans" screen in the app. Once the limit is reached, no new campaign (event) can be created until the next billing period — there is no paid route for exceeding it; you can move to a higher plan (Offer §3.4). Venue profiles, campaigns and events are moderated before they are published. For a paid profile the outcome of moderation may take one of three forms:

1. Approval
Your listing/offer is activated immediately and becomes visible to other users.

2. Rejection
If your listing/offer is fully rejected for not complying with platform rules (including our Community Guidelines), the amount you paid is refunded in full. The refund is initiated by us immediately, but the actual funds reaching your card may take 3-14 business days, depending on your bank and payment provider's processing time.

3. Sent back for revision
If a minor issue is found with your listing/offer (e.g. wrong category, low-quality image), your payment is not immediately refunded. Instead, you are given 7 (seven) calendar days to make corrections. You may edit and resubmit the listing during this period at no additional cost — your existing payment remains valid. If no correction is made within 7 days, the listing/offer is automatically treated as rejected and your payment is refunded in full.

App Store payments. We cannot refund a payment made through the App Store: if a profile is rejected, the amount paid is credited to your business balance and used automatically for your next business payment (Offer §8.4).

Events. The events module is available according to the plan and the venue's category; creating an event carries no additional fee.

A venue's first events go through moderation. Once a venue has published a certain number of events, its later events are published immediately. An event awaiting moderation that is not approved before its own start time is not published, and its owner is notified — the event can then be created again.

Overdue payment. If a venue subscription is not paid within the grace period, the venue is suspended: the venue and its listings are not shown to users, no new campaign, event or PinBox can be created, and the period's limits are frozen. The venue is restored once payment is made.

For refund-related questions: privacy@peakpin.app

Users who create a business venue profile and use paid services are additionally subject to the PeakPin Business Services Public Offer (available in Azerbaijani).

8. Location-Based Services and Personal Safety

WE ARE NOT RESPONSIBLE FOR INTERACTIONS OR MEETINGS BETWEEN USERS. Exercising caution during in-person meetings is your own responsibility.

9. Limitation of Liability

The App is provided "as is." We do not guarantee uninterrupted or error-free service.

10. Account Suspension

We may suspend or delete your account without notice if you violate these Terms.

11. Changes to Terms

These Terms may be updated from time to time.

12. Contact

For questions: privacy@peakpin.app