PeakPin sizi yalnız yaxınlıqdakı — indi, məhz bu radiusda olan — insanlara göstərir. Sosial media reklamı deyil, real məsafə.
Bu gün yaxınlığınızda ad günü olan müştərilər var. Onlara xüsusi təklifinizi çatdırın.
uyğun kateqoriyalar üçün (restoran, kafe, gözəllik salonu, spa və s.)
Söhbətə həlldən yox, problemdən başlayaq.
Səhər 10-dan 12-yə qədər zal boşdur. Həmin saatda 200 metr aralıda 50 nəfər var və onlar sizin varlığınızdan xəbərsizdir.
Instagram-da sizi izləyən minlərlə insanın çoxu həmin anda başqa yerdədir. PeakPin isə indi, fiziki olaraq sizə yaxın olan insanları hədəfləyir.
Yeni açılmısınız və ya yan küçədəsiniz. Adam yanınızdan keçir, xəbəri yoxdur.
PeakPin bu üçünü də həll edir — çünki məsafə əsaslıdır.
«Bu gün 15:00-a qədər ikinci qəhvə hədiyyə» — həmin radiusda olan hər kəs onu görür. Telefon əlində, indi, yaxınlıqda.
Günün sonunda qalan məhsullarınızı PeakPin-də xüsusi təklifə çevirin, siz əlavə gəlir qazanın, müştərilər isə sərfəli fürsətlərdən yararlansın.
Müştəri tətbiqdən əvvəlcədən ödəyir, QR kodla götürür — sizə nağd və borc yoxdur.
Müştəri təhvil pəncərəsində gəlmirsə, məbləğ ona qaytarılmır.
Canlı musiqi, DJ gecəsi, uşaq şənliyi, dequstasiya. Radiusdakı hər kəs görür.
Hər gün saat 11:00-da sizə bildiriş gəlir: «Ətrafınızda 346 nəfərin ad günüdür». Kampaniya yaradırsınız, saat 13:00-da ad günü olan istifadəçilər sizin təbrikinizi və təklifinizi alır.
Məkanınızı yaxınlıqdakı insanlara göstərən bütün alətlər — bir yerdə.
Endirim, Happy Hour, 1+1 — radiusdakı hər kəs görür.
Tədbirlərinizi yaxınlıqdakılara göstərin, istədiyinizi siyahının başına çıxarın.
Boş yer sayını göstərin — müştərilər tətbiqdən sıraya yazılsın.
Günün sonunda qalan məhsulu əvvəlcədən ödənilmiş qutu kimi satın.
Yaxınlıqda ad günü olanlara təbrik və xüsusi təklif çatdırın.
Məkanınızda indi neçə PeakPin istifadəçisi olduğu profilinizdə görünür.
PinBox sifarişləri, tədbirlərə maraq və digər göstəricilər — tətbiqdə.
Önə çəkmə və VIP məkan profili könüllü əlavə xidmətlərdir — şərtləri tətbiqdədir.
Tarif biznesin kateqoriyasından asılıdır — tətbiqdə məkanınızı əlavə edəndə görünür.
Ödəniş moderasiyadan əvvəldir. Rədd edilsə pul tam qaytarılır — banka çatması 3–14 iş günü çəkir.
Yazın — məkanınıza hansı modulların uyğun olduğunu birlikdə müəyyən edək.
Bizə yazın