1. Ümumi məlumat
Bu Məxfilik Siyasəti "PeakPin" mobil tətbiqinin (bundan sonra "Tətbiq" və ya "biz") istifadəçilərinin ("siz") şəxsi məlumatlarının necə toplandığını, istifadə olunduğunu, saxlanıldığını və qorunduğunu izah edir. Tətbiqi istifadə etməklə siz bu Siyasətin şərtlərini qəbul etmiş olursunuz. Siyasət həmçinin peakpin.app saytındakı PeakPinLife müraciət formuna da şamil olunur (bölmə 12).
Tətbiqin sahibi/məsul qurumu: PeakPin MMC
Əlaqə: privacy@peakpin.app
2. Topladığımız məlumatlar
2.1. Qeydiyyat və hesab məlumatları
- İstifadəçi adı (username) və e-poçt ünvanı
- Parolunuz texniki xidmət təminatçısının autentifikasiya xidməti tərəfindən idarə olunur — biz parolu nə görürük, nə saxlayırıq. Parol bərpası e-poçt vasitəsilə aparılır
- Google və ya Apple hesabı ilə giriş etsəniz, həmin provayderdən e-poçt ünvanınız və adınız alınır; hansı üsulla giriş etdiyiniz hesabınızda qeyd olunur
- Ad, soyad, təvəllüd tarixi, cins, ölkə, şəhər (istəyə bağlı doldurula bilər)
- Telefon nömrəsi — istifadəçi profilində (istəyə bağlı), növbəyə (sıraya) yazılarkən və biznes profilinin əlaqə şəxsi göstərilərkən
2.2. Lokasiya məlumatları
- Cari coğrafi mövqeyiniz, ətrafınızdakı istifadəçiləri, məkanları və təklifləri göstərmək üçün toplanır
- Görünürlüyün necə idarə olunduğu 2.8-ci bənddə göstərilib
2.3. Media və kontent
- Profil şəkli, paylaşdığınız foto/video materiallar
- Yaratdığınız Məkan (venue) və Təklif (offer) elanları, o cümlədən onların koordinatları
- Biznes profilinin əlaqə şəxsinin adı, soyadı və telefon nömrəsi ictimai profildə dərc olunmur — yalnız PeakPin əməkdaşlarına görünür və yalnız xidmət, Pulsuz ay və abunə məsələləri üzrə əlaqə üçün istifadə olunur
2.4. Kommunikasiya
- Digər istifadəçilərlə mübadilə etdiyiniz mesajlar (yalnız iştirakçılar tərəfindən oxuna bilər)
- Dəstək xidmətinə göndərdiyiniz formalar
2.5. Ödəniş məlumatları
Tətbiqdaxili VIP abunəlik alarkən kart məlumatlarınız Apple və Google-un ödəniş sistemləri tərəfindən işlənir.
Biznes xidmətləri (məkan abunəliyi, premium, önə çəkmə, kampaniya və tədbir haqları) iOS-da App Store-un tətbiqdaxili satınalma sistemi ilə, Android-də isə kart vasitəsilə ödəniş xidməti üzərindən ödənilir. PinBox ödənişləri hər iki platformada ödəniş xidməti üzərindən aparılır. App Store ödənişində ödəniş məlumatlarınızı Apple işləyir; kartla ödənişdə kart məlumatlarınız ödəniş xidmətinin öz mühitində daxil edilir və işlənir.
Hər iki halda biz kart nömrənizi görmürük və saxlamırıq. Bizdə saxlanan ödəniş qeydi ödənişin məbləği, tarixi, növü və statusundan ibarətdir.
2.6. Avtomatik toplanan texniki data
Cihaz növü, əməliyyat sistemi versiyası, tətbiq versiyası, IP ünvanı.
Tətbiqin istifadə statistikası və qəza hesabatları texniki xidmət təminatçılarının analitika və qəza hesabatı alətləri vasitəsilə toplanır. Qəza hesabatı qəzanın baş verdiyi anın texniki izini, cihaz və tətbiq versiyasını əhatə edir.
2.7. Məlumatın saxlanma yeri
Hesabınızın həssas sahələri — doğum tarixi, koordinat, e-poçt, cins, bloklanmış istifadəçilər və bildiriş seçimləri — profilinizdən ayrı, başqa istifadəçinin oxuya bilmədiyi sənəddə saxlanılır. Profil sənədində yalnız publik sahələr qalır.
2.8. Görünürlük və Ghost Mode
- Koordinatınız başqa istifadəçiyə göndərilməzdən əvvəl şəbəkəyə yuvarlaqlaşdırılır — dəqiq mövqeyiniz heç vaxt paylaşılmır
- Görünmə radiusunuzu Ayarlar bölməsindən özünüz seçirsiniz
- Ghost Mode açıq olduqda Kəşf et xəritəsində görünmürsünüz. Profiliniz, paylaşımlarınız, check-in-ləriniz və mesajlaşma əvvəlki kimi işləyir; anonim saylarda (məkan iştirak sayğacları, ad günü uyğunlaşdırması) iştirakınız davam edir — orada yalnız say göstərilir, kimliyiniz heç vaxt
2.9. Məkana check-in, iştirak sayğacı və profildəki Check-in
- Məkana check-in etmək könüllüdür — bunu siz özünüz edirsiniz
- Check-in zamanı koordinatınız və GPS dəqiqliyi yalnız məkana yaxınlığınızı yoxlamaq üçün serverə göndərilir və saxlanılmır. Check-in davam edərkən tətbiq açıqdırsa, yaxınlıq eyni qaydada vaxtaşırı yoxlanıla bilər — yalnız yoxlamanın vaxtı qeyd olunur
- Məkan profilindəki check-in sayı və Canlı bölməsindəki «ətrafda N istifadəçi» sayı bütün istifadəçilərə görünür — yalnız məkan sahibinə deyil
- Bu iki sayda göstərilən yalnız saydır; kimliyiniz, adınız və profiliniz verilmir
- Say 5-dən azdırsa sıfır göstərilir — az adam olduğu halda konkret şəxsin müəyyən edilməsinin qarşısını almaq üçün
- Məkanın iştirak tarixçəsi 7 gün saxlanılır
Profilinizdəki Check-in
- Profilinizdə Check-in sayı göstərilir — ziyarət etdiyiniz məkanların sayı. Bu say izləyici və izlənən sayı kimi, profiliniz gizli olsa da başqa istifadəçilərə görünür
- Check-in siyahısı (məkanın adı, neçə gün ziyarət etdiyiniz, son ziyarətin tarixi) açıq profildə bütün istifadəçilərə, gizli profildə isə — paylaşımlarınız kimi — yalnız sizə və təsdiqlədiyiniz izləyicilərə görünür
- Yalnız ən az 60 dəqiqə qaldığınız ziyarətlər sayılır; eyni məkana bir gündə ən çox bir ziyarət sayılır
- Yalnız tarix saxlanılır və göstərilir — ziyarətin saatı yox
- Blokladığınız və ya sizi bloklayan istifadəçi nə sayı, nə siyahını görür
- Ghost Mode Check-in sayına və siyahısına təsir etmir (bax 2.8). Hesabınızı silərkən check-in tarixçəniz də silinir
2.10. Doğum tarixi və ad günü kampaniyaları
Doğum tarixiniz yaş yoxlaması üçün toplanır. Ad günü kampaniyaları yalnız Ayarlar → Məxfilik bölməsində bu funksiyanı özünüz açdığınız halda işləyir; defolt olaraq bağlıdır.
- Açıq olduqda ad gününüz günü yaxınlığınızdakı uyğun məkanlara «bu gün yaxınlığınızda N istifadəçinin ad günüdür» sayı bildirilir
- Doğum tarixiniz, adınız və kimliyiniz məkanla paylaşılmır
- Funksiyanı söndürsəniz heç bir ad günü bildirişi göndərilmir
2.11. Cihaz imzası
Hesabınıza yeni cihazdan giriş olduğunu aşkarlamaq və sizə təhlükəsizlik bildirişi göndərmək üçün cihazınızın brauzer/tətbiq imzasının hash dəyəri (SHA-256) saxlanılır. Bu, cihaz identifikatoru deyil və cihazınızı izləmək üçün istifadə olunmur.
2.12. Profil baxışları
Profilinizə kimin baxdığı qeyd olunur və sizə göstərilir. Eyni qayda ilə sizin başqa profilə baxışınız da həmin istifadəçiyə görünür.
Ayarlar → Məxfilik bölməsindəki «Gizli baxış» rejimini açsanız, sizin baxışlarınız qeyd olunmur və profil sahibinə göstərilmir.
2.13. Bildiriş seçimləri
Bildirişlərin səkkiz kateqoriyasını Ayarlardan söndürə bilərsiniz. İki kateqoriya söndürülə bilmir:
- Təhlükəsizlik — yeni cihazdan giriş və hesab məlumatlarının dəyişməsi. Bunlar hesabın icazəsiz ələ keçirildiyini üzə çıxaran mesajlardır
- Hesab — ödəniş, abunəlik, kimlik doğrulama və növbə bildirişləri. Bunlar sizin (və ya məkanın) etdiyi əməliyyatın birbaşa nəticəsidir
3. Məlumatlardan necə istifadə edirik
- Sizə yaxın istifadəçiləri, məkanları və təklifləri göstərmək
- Hesabınızı təsdiqləmək və təhlükəsizliyini təmin etmək
- Söhbət və bildiriş funksiyalarını təmin etmək
- Xidmətin keyfiyyətini artırmaq, xətaları aşkar etmək və düzəltmək
- Qanuni tələblərə cavab vermək
4. Məlumatların paylaşılması
Sizin şəxsi məlumatlarınızı satmırıq. Aşağıdakı hallarda məhdud şəkildə paylaşıla bilər:
- Xidmət provayderləri: texniki xidmət təminatçıları (məlumat saxlama, autentifikasiya, bildiriş, istifadə statistikası və qəza hesabatları, sayt formalarında sui-istifadədən qoruma), Google Maps (xəritə), Apple/Google ödəniş sistemləri (tətbiqdaxili abunəlik; iOS-da biznes xidmətləri), ödəniş xidməti (Android-də biznes xidmətləri və PinBox üçün kart ödənişləri), e-poçt göndərmə xidməti (e-poçt bildirişləri)
- Digər istifadəçilər — görünürlük qaydalarına uyğun
- Qanuni tələblər əsasında
5. Məlumatların saxlanması və silinməsi
Məlumatlarınız hesabınız aktiv olduğu müddətdə saxlanılır. Bəzi məlumat növləri isə daha qısa müddətdə avtomatik silinir:
- Story (sənəd, baxış qeydləri və media faylı) — 24 saat
- Kimlik doğrulama şəkilləri — 90 gün (bax bölmə 11)
- Vakansiya müraciətinin CV-si və şəxsi məlumatları — vakansiya bağlanandan 180 gün (bax bölmə 12)
- Məkan iştirak tarixçəsi — 7 gün
- Ad günü eşleşmələri və siyahısı — 3 gün
- Daxili bildiriş qeydləri — 3 gün
Biznes profillərində təkrar qeydiyyatın qarşısını almaq üçün məkanın adı, koordinatları, hesab identifikatoru və əlaqə məlumatlarının geri çevrilməz həzmi məkan silindikdən sonra 3 ilədək saxlanıla bilər.
Məlumat itkisinin qarşısını almaq üçün sistemin ehtiyat nüsxələri saxlanılır. Silinmiş məlumatların ehtiyat nüsxələrdəki kopyaları ən gec 30 gün ərzində avtomatik silinir. Kimlik doğrulama şəkilləri və story media faylları uzunmüddətli ehtiyat nüsxələrə köçürülmür.
5.1. Hesabın silinməsi
Ayarlar → Hesab → «Hesabı sil» funksiyası ilə hesabınızı silə bilərsiniz.
Hesabınızı sildikdə profiliniz, paylaşımlarınız, hekayələriniz və şəkilləriniz, həmçinin başqa istifadəçilərin paylaşımlarına yazdığınız şərhlər və qoyduğunuz bəyənmələr həmişəlik silinir. Sizin şərhinizə başqa istifadəçilərin yazdığı cavablar da həmin şərhlə birlikdə silinir. Hesabınız silinməzdən əvvəl başqa istifadəçilərə göndərilmiş bildirişlər (məsələn, adınız və şərhinizin qısa önizləməsi) onların bildiriş siyahısında qala bilər. Qanunvericiliyin saxlanmasını tələb etdiyi məlumatlar (məsələn, ödəniş qeydləri) yalnız qanunla müəyyən edilmiş müddət ərzində saxlanılır və başqa məqsədlə istifadə olunmur. Silinmə geri qaytarıla bilməz.
Başqa istifadəçilərin öz qeydlərinə daxil olan məlumat silinmir, anonimləşdirilir — yəni sizinlə əlaqəsi kəsilir, qeydin özü isə qalır:
- Verdiyiniz PinBox sifarişləri satıcının satış qeydində adsız formada qalır
- Yaratdığınız PinBox elanları alıcıların mövcud sifarişləri qüvvədə qalsın deyə adsız formada saxlanılır
- Yaratdığınız tədbirlər anonimləşdirilir və ləğv edilir
- Söhbətlərdə göndərdiyiniz mesajlar silinmir — mətn və media çıxarılır, yerində «silinmiş istifadəçi» qeydi qalır ki, qarşı tərəfin söhbət tarixçəsi pozulmasın
Ödəniş qeydləri (məbləğ, tarix, növ, status) maliyyə uçotu və audit tələbləri üçün saxlanılır.
Məkanlara yazdığınız rəylər də hesabla birlikdə silinir.
6. Uşaqların məxfiliyi
Tətbiq 18 yaşından kiçik şəxslər üçün nəzərdə tutulmayıb.
7. Təhlükəsizlik
Məlumatlarınızı qorumaq üçün sənaye standartlarına uyğun texniki tədbirlər tətbiq edirik.
8. Sizin hüquqlarınız
- Öz məlumatlarınıza baxmaq və onları yeniləmək
- Məlumatlarınızı Ayarlar → Məxfilik → «Məlumatlarımı ixrac et» bölməsindən oxunaqlı formada ixrac etmək
- Hesabınızı silmək
- Lokasiya paylaşımını istənilən vaxt söndürmək
- Bildirişlərdən imtina etmək (2.13-də göstərilən iki kateqoriyadan başqa)
9. Dəyişikliklər
Bu Siyasət zaman-zaman yenilənə bilər. Əhəmiyyətli dəyişikliklər olduqda tətbiq daxilində bildiriş göndəriləcək.
10. Əlaqə
Suallarınız üçün: privacy@peakpin.app
11. Kimlik doğrulama məlumatları
Toplanan məlumat: Şəxsiyyət vəsiqənizin ön və arxa üzünün şəkli, həmçinin sənədi üzünüzün yanında tutaraq çəkdiyiniz selfie şəkli.
Məqsəd: Şəxsiyyətinizi təsdiqləmək və platformada etibarlılığınızı artırmaq ("mavi tık" nişanı) üçün istifadə olunur.
Kimlərlə paylaşılır: Bu məlumat üçüncü tərəflərlə paylaşılmır — yalnız səlahiyyətli admin/moderatorlar tərəfindən nəzərdən keçirilir.
Təhlükəsizlik: Şəkillər şifrələnmiş saxlama mühitində, girişə məhdudiyyət qoyan qaydalarla qorunur. Adi istifadəçilər — sənəd sahibi daxil olmaqla — bu şəkillərə birbaşa giriş əldə edə bilməz.
Saxlama müddəti: Kimlik doğrulama üçün təqdim etdiyiniz şəkillər (vəsiqə + selfie) 90 gün ərzində saxlanılır, bu müddətdən sonra sistemdən avtomatik silinir.
İstifadəçi hüquqları: İstənilən vaxt kimlik doğrulama məlumatınızın silinməsini tələb edə bilərsiniz (bu, "mavi tık" statusunun da geri alınması deməkdir) — bunun üçün privacy@peakpin.app ünvanı ilə əlaqə saxlayın.
12. PeakPinLife vakansiya müraciətləri
Bu bölmə peakpin.app/peakpinlife səhifəsindəki müraciət formuna aiddir. Müraciət etmək üçün PeakPin hesabı tələb olunmur.
Toplanan məlumat:
- Ad, soyad, e-poçt ünvanı və telefon nömrəsi
- CV faylı (PDF və ya DOCX, ən çox 5 MB)
- İstəyə bağlı: LinkedIn və ya portfolio linki, qısa qeyd
- Müraciət etdiyiniz vakansiya, formun dili, müraciət tarixi, razılıq verdiyiniz mətnin versiyası və vaxtı
Sui-istifadədən qoruma: Formda texniki xidmət təminatçısının sui-istifadədən qoruma xidməti işləyir. O, avtomatlaşdırılmış müraciətləri ayırmaq üçün IP ünvanınızı, brauzer məlumatlarınızı və səhifə ilə qarşılıqlı əlaqənizi həmin təminatçıya göndərir. Nəticədə hesablanan risk balı müraciətinizlə birlikdə saxlanılır. Eyni ünvandan saatda 10-dan çox müraciətin qarşısını almaq üçün IP ünvanınız sayğacda yalnız gizli açarla hesablanmış, geri çevrilə bilməyən heş formasında saxlanılır.
Məqsəd: Namizədliyinizi müraciət etdiyiniz vakansiya üzrə qiymətləndirmək, bununla bağlı sizinlə əlaqə saxlamaq və formu sui-istifadədən qorumaq. Məlumatlarınız marketinq məqsədilə istifadə olunmur.
Hüquqi əsas: Formu göndərərkən verdiyiniz razılıq.
Kimlər görür:
- Müraciətinizi yalnız PeakPin-in işə qəbulla məşğul olan səlahiyyətli əməkdaşları görür.
- CV faylının daimi linki yoxdur. Hər açılış üçün 10 dəqiqəlik keçici link yaradılır və faylı kimin açdığı qeydə alınır.
Xidmət provayderləri:
- Texniki xidmət təminatçıları — məlumatların saxlanması və sui-istifadədən qoruma.
- E-poçt göndərmə xidməti — həm yeni müraciət barədə daxili bildiriş, həm də sizə göndərilən məktublar. Daxili bildirişdə yalnız adınız, soyadınız və vakansiyanın adı olur; e-poçtunuz, telefonunuz və CV-niz göndərilmir.
Sizə göndərilən məktublar: Müraciətinizi göndərəndə təsdiq məktubu alırsınız. Sonra yalnız müsahibəyə dəvət, qəbul və rədd hallarında bildiriş göndərilir; digər daxili status dəyişiklikləri barədə məktub getmir. Məktublar Azərbaycan dilindədir və yalnız adınızı və vakansiyanın adını daşıyır — CV-niz, telefonunuz və qeydiniz məktuba daxil edilmir. Cavab ünvanı: ceo@peakpin.app.
Saxlama müddəti:
- Vakansiya bağlanandan 180 gün sonra CV faylınız və müraciətdəki şəxsi məlumatlarınız (ad, soyad, e-poçt, telefon, link, qeyd) avtomatik silinir. Statistika üçün yalnız vakansiya, müraciət tarixi və status adsız qalır.
- Vakansiya bağlanmadan silinibsə, bu müddət müraciət tarixindən hesablanır.
- CV faylları uzunmüddətli ehtiyat nüsxələrə köçürülmür. Silinmiş faylın texniki bərpa nüsxəsi ən gec 10 gün ərzində silinir.
- Müraciət qeydinin ehtiyat nüsxələrdəki kopyası ən gec 30 gün ərzində silinir.
Hüquqlarınız: Müraciətinizlə bağlı məlumatlara baxmaq, onları düzəltmək, müddətdən əvvəl silinməsini tələb etmək və razılığınızı geri götürmək üçün müraciətdə göstərdiyiniz e-poçtdan privacy@peakpin.app ünvanına yazın. Razılığı geri götürdükdə müraciətinizə baxılması dayandırılır.
13.1. Bu bölmə nəyi əhatə edir
Bu bölmə peakpin.app saytındakı «Partnyor məkan olun» və «Dəstəkçi olun» müraciət formaları vasitəsilə topladığımız məlumatlara, eləcə də «Partnyorlarımız» səhifəsində dərc olunan məlumatlara aiddir. Məlumatların sahibi və emalçısı PEAKPİN MMC-dir (Bakı, Azərbaycan Respublikası).
13.2. Hansı məlumatları toplayırıq
- «Partnyor məkan olun» forması: ad və soyad, telefon nömrəsi, məkanın adı, şəhər və rayon.
- «Dəstəkçi olun» forması: ad və ya şirkətin adı, növ (blogger, influencer, məşhur, xeyriyyəçi, şirkət, media), Instagram və ya TikTok linki, telefon nömrəsi və ya e-poçt ünvanı, mesaj.
- Texniki məlumatlar: IP ünvanı və formanın göndərilmə vaxtı — yalnız spam və sui-istifadədən qorunmaq üçün.
13.3. Məlumatlardan nə üçün istifadə edirik
- Müraciətinizə cavab vermək və sizinlə əlaqə saxlamaq;
- məkanınızın PeakPin-ə qoşulması və ya əməkdaşlıq barədə danışıq aparmaq;
- formaları saxta və avtomatik müraciətlərdən qorumaq.
Bu məlumatları reklam göndərişləri üçün istifadə etmirik, satmırıq və üçüncü şəxslərə marketinq məqsədilə ötürmürük.
13.4. Hüquqi əsas
Məlumatlarınızı formanı göndərərkən verdiyiniz razılıq əsasında, «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq emal edirik. Razılığınızı istənilən vaxt geri götürə bilərsiniz (bax: 13.8-ci bənd).
13.5. Məlumatları kim görür
- PEAKPİN MMC-nin səlahiyyətli əməkdaşları: müraciətin aid olduğu zonanın korporativ müştərilərə xidmət üzrə mütəxəssisi, şöbə rəhbəri, administrator və dəstək xidməti — yalnız işləri üçün lazım olan həcmdə.
- Xidmətin işləməsi üçün lazım olan texniki xidmət təminatçıları — yalnız məlumatların təhlükəsiz saxlanması, saytın işləməsi və spamdan qorunma məqsədilə, məxfilik öhdəlikləri əsasında.
13.6. Məlumatları nə qədər saxlayırıq
Müraciət məlumatları daxil olduğu tarixdən etibarən 12 ay saxlanılır və bu müddət bitdikdən sonra avtomatik silinir. Müraciətiniz əsasında PeakPin ilə müqavilə bağladığınız halda, müqavilə üzrə məlumatlar ümumi məxfilik siyasətində və müqavilədə göstərilən müddətlərə uyğun saxlanılır.
13.7. «Partnyorlarımız» səhifəsində dərc olunan məlumatlar
- Partnyor məkanlar: saytda yalnız məkanın ictimai məlumatları göstərilir — adı, kateqoriyası, şəhəri və ya rayonu, loqosu və üz şəkli. Sahibin telefonu, e-poçtu və ödəniş məlumatları heç vaxt dərc olunmur. Məkan sahibi PeakPin tətbiqində «Saytda göstər» seçimini söndürməklə məkanını səhifədən istənilən vaxt çıxara bilər.
- Start dəstəkçiləri: şəxsin və ya şirkətin adı, şəkli və ya loqosu, növü və sosial şəbəkə linkləri yalnız onun əvvəlcədən verdiyi razılıqla dərc olunur. Dəstəkçi bu razılığı istənilən vaxt geri götürə bilər; bu halda məlumatlar ən geci 3 iş günü ərzində səhifədən çıxarılır.
13.8. Hüquqlarınız
Siz bizdə saxlanılan məlumatlarınızla tanış olmaq, onların düzəldilməsini və ya silinməsini tələb etmək, razılığınızı geri götürmək hüququna maliksiniz. Bunun üçün support@peakpin.app ünvanına yazın. Müraciətinizə 30 gün ərzində cavab veririk.
1. General Information
This Privacy Policy explains how the "PeakPin" mobile application ("App", "we") collects, uses, stores, and protects the personal data of its users ("you"). By using the App, you agree to the terms of this Policy. This Policy also covers the PeakPinLife application form on the peakpin.app website (section 12).
App owner/responsible party: PeakPin MMC
Contact: privacy@peakpin.app
2. Information We Collect
2.1. Registration and account data
- Username and email address
- Your password is managed by a technical service provider's authentication service — we neither see nor store it. Password recovery is carried out by email
- If you sign in with a Google or Apple account, your email address and name are obtained from that provider; which method you signed in with is recorded on your account
- First name, last name, date of birth, gender, country, city (optional)
- Phone number — in your user profile (optional), when you join a queue, and when you name the contact person of a business profile
2.2. Location data
- Your real-time location, collected to show nearby users, venues, and offers
- How visibility is controlled is described in section 2.8
2.3. Media and content
- Profile photo, photos/videos you share
- Venues and Offers you create, including their coordinates
- The name and phone number of a business profile's contact person are not published on the public profile — they are visible only to PeakPin staff and are used only to contact you about the service, the free month and your subscription
2.4. Communications
- Messages exchanged with other users (readable only by participants)
- Support form submissions
2.5. Payment information
Card details for in-app VIP subscriptions are processed by Apple's and Google's billing systems.
Business services (venue subscription, premium, boosts, campaign and event fees) are paid through App Store in-app purchase on iOS and by card through a payment service on Android. PinBox payments go through the payment service on both platforms. For App Store payments your payment details are processed by Apple; for card payments your card details are entered and processed within the payment service's own environment.
In both cases we do not see or store your card number. The payment record we keep consists of the amount, date, type and status.
2.6. Automatically collected technical data
Device type, OS version, app version, IP address.
Usage statistics and crash reports are collected through the analytics and crash-reporting tools of technical service providers. A crash report contains the technical trace of the moment of the crash, plus the device and app version.
2.7. Where your data is stored
Sensitive fields on your account — date of birth, coordinates, email, gender, blocked users and notification preferences — are stored separately from your profile, in a document no other user can read. Only public fields remain on the profile document.
2.8. Visibility and Ghost Mode
- Your coordinates are rounded to a grid before being sent to any other user — your exact position is never shared
- You choose your own visibility radius in Settings
- With Ghost Mode on you do not appear on the Discover map. Your profile, posts, check-ins and messaging keep working as before, and you are still included in anonymous counts (venue presence counters, birthday matching) — only a number is shown there, never your identity
2.9. Venue check-in, the presence counter and Check-ins on your profile
- Checking in to a venue is voluntary — you do it yourself
- When you check in, your coordinates and GPS accuracy are sent to the server only to verify that you are near the venue, and are not stored. While a check-in is active and the app is open, proximity may be re-checked the same way from time to time — only the time of the check is recorded
- The check-in count on a venue profile, and the "N users nearby" count in the Live section, are visible to all users — not only to the venue owner
- In these two counts only a count is shown; your identity, name and profile are not provided
- A count below 5 is shown as zero, so that an individual cannot be identified when few people are present
- A venue's presence history is kept for 7 days
Check-ins on your profile
- Your profile shows a Check-in count — the number of venues you have visited. Like your follower and following counts, it is visible to other users even if your profile is private
- Your Check-in list (venue name, on how many days you visited, date of the last visit) is visible to all users if your profile is public, and — like your posts — only to you and your approved followers if it is private
- Only visits of at least 60 minutes count; at most one visit per venue per day
- Only the date is stored and shown — never the time of the visit
- Users you have blocked, or who have blocked you, see neither the count nor the list
- Ghost Mode does not affect your Check-in count or list (see 2.8). Deleting your account also deletes your check-in history
2.10. Date of birth and birthday campaigns
Your date of birth is collected for age verification. Birthday campaigns work only if you turn the feature on yourself in Settings → Privacy; it is off by default.
- When on, eligible venues near you are told a count — "N users near you have a birthday today"
- Your date of birth, name and identity are not shared with the venue
- If you turn the feature off, no birthday notification is sent
2.11. Device signature
A hash (SHA-256) of your device's browser/app signature is stored so we can detect a sign-in from a new device and send you a security notification. It is not a device identifier and is not used to track your device.
2.12. Profile views
Who views your profile is recorded and shown to you. By the same rule, your view of another profile is visible to that user.
If you turn on Incognito browsing in Settings → Privacy, your views are not recorded and are not shown to the profile owner.
2.13. Notification preferences
You can turn off eight categories of notification in Settings. Two categories cannot be turned off:
- Security — sign-in from a new device and changes to account credentials. These are the messages that reveal an unauthorised takeover
- Account — payment, subscription, identity verification and queue notifications. These are the direct consequence of an action you (or the venue) took
3. How We Use Your Information
- To show you nearby users, venues, and offers
- To verify your account and maintain security
- To provide chat and notification features
- To improve service quality and fix errors
- To comply with legal obligations
4. Data Sharing
We do not sell your personal data. It may be shared in the following limited cases:
- Service providers: technical service providers (storage, authentication, notifications, usage statistics and crash reports, abuse protection on website forms), Google Maps (maps), Apple/Google payment systems (in-app subscriptions; business services on iOS), a payment service (card payments for business services on Android and for PinBox), an email delivery service (email notifications)
- Other users — per the visibility rules
- In response to legal requirements
5. Data Retention and Deletion
Your data is retained while your account is active. Some categories are deleted automatically after a shorter period:
- Stories (document, view records and media file) — 24 hours
- Identity verification images — 90 days (see section 11)
- Job application CVs and personal data — 180 days after the vacancy closes (see section 12)
- Venue presence history — 7 days
- Birthday matches and lists — 3 days
- Internal notification records — 3 days
To prevent repeat registration of business profiles, a venue's name, coordinates, account identifier and an irreversible hash of its contact details may be kept for up to 3 years after the venue is deleted.
To prevent data loss, system backups are kept. Copies of deleted data held in backups are deleted automatically within 30 days at the latest. Identity verification images and story media files are not copied into long-term backups.
5.1. Account deletion
You can delete your account via Settings → Account → "Delete Account".
When you delete your account, your profile, posts, stories and photos, as well as the comments you wrote on and the likes you gave to other users' posts, are permanently deleted. Replies that other users wrote to your comment are deleted together with that comment. Notifications sent to other users before your account was deleted (for example, your name and a short preview of your comment) may remain in their notification lists. Data that the law requires us to retain (for example, payment records) is kept only for the period prescribed by law and is not used for any other purpose. Deletion cannot be undone.
Data that forms part of another user's own records is not deleted but anonymised — its link to you is removed while the record itself remains:
- PinBox orders you placed remain, unnamed, in the seller's sales record
- PinBox listings you created are kept, unnamed, so that buyers' existing orders remain valid
- Events you created are anonymised and cancelled
- Messages you sent in chats are not deleted — the text and media are removed and a "deleted user" marker is left in their place, so the other participant's conversation history stays intact
Payment records (amount, date, type, status) are retained for accounting and audit purposes.
Reviews you wrote about venues are also deleted together with your account.
6. Children's Privacy
The App is not intended for individuals under 18.
7. Security
We apply industry-standard technical measures to protect your data.
8. Your Rights
- Access and update your data
- Export your data in readable form via Settings → Privacy → "Export my data"
- Delete your account
- Turn off location sharing at any time
- Opt out of notifications (except the two categories listed in 2.13)
9. Changes
This Policy may be updated from time to time. We will notify you in-app of significant changes.
10. Contact
For questions: privacy@peakpin.app
11. Identity Verification Data
Data collected: Photos of the front and back of your government-issued ID, and a selfie photo taken while holding the ID next to your face.
Purpose: Used to verify your identity and increase your trustworthiness on the platform (the "blue check" badge).
Who it's shared with: This data is not shared with third parties — it is reviewed only by authorized admins/moderators.
Security: Images are protected in encrypted storage with access-restricted rules. Regular users — including the document owner — cannot access these images directly.
Retention period: Images you submit for identity verification (ID + selfie) are retained for 90 days, after which they are automatically deleted from our systems.
Your rights: You may request deletion of your identity verification data at any time (this also revokes the "blue check" status) — contact privacy@peakpin.app.
12. PeakPinLife Job Applications
This section covers the application form at peakpin.app/peakpinlife. You do not need a PeakPin account to apply.
Data collected:
- First name, last name, email address and phone number
- CV file (PDF or DOCX, up to 5 MB)
- Optional: LinkedIn or portfolio link, short note
- The vacancy you applied for, form language, application date, and the version and time of the text you consented to
Abuse protection: The form uses a technical service provider's abuse-protection service. To distinguish automated submissions, it sends your IP address, browser information and interaction with the page to that provider. The resulting risk score is stored with your application. To block more than 10 applications per hour from the same address, your IP address is kept in a counter only as an irreversible hash computed with a secret key.
Purpose: To assess your application for the vacancy you applied for, to contact you about it, and to protect the form from abuse. Your data is not used for marketing.
Legal basis: The consent you give when submitting the form.
Who can see it:
- Only authorised PeakPin staff responsible for recruitment can see your application.
- Your CV has no permanent link. A temporary 10-minute link is created each time it is opened, and who opened it is recorded.
Service providers:
- Technical service providers — storage and abuse protection.
- An email delivery service — both the internal notice about a new application and the emails sent to you. The internal notice contains only your first and last name and the vacancy title; your email, phone number and CV are not sent.
Emails you receive: You get a confirmation when you submit your application. After that we write only for an interview invitation, an offer or a rejection; other internal status changes are not emailed. The emails are in Azerbaijani and carry only your first name and the vacancy title — your CV, phone number and note are not included. Replies go to ceo@peakpin.app.
Retention:
- 180 days after the vacancy closes, your CV file and the personal data in your application (name, email, phone, link, note) are deleted automatically. Only the vacancy, application date and status remain, anonymously, for statistics.
- If the vacancy is deleted without being closed, the period runs from your application date.
- CV files are not copied into long-term backups. The technical recovery copy of a deleted file is removed within 10 days at the latest.
- Backup copies of the application record are deleted within 30 days at the latest.
Your rights: To access or correct your application data, request its early deletion, or withdraw your consent, write to privacy@peakpin.app from the email address you used to apply. Withdrawing consent ends the review of your application.
13.1. What this section covers
This section covers the data we collect through the "Become a partner venue" and "Become a supporter" request forms on the peakpin.app website, as well as the data published on the "Our partners" page. The controller and processor of the data is PEAKPİN MMC (Baku, Republic of Azerbaijan).
13.2. What data we collect
- "Become a partner venue" form: first and last name, phone number, venue name, city and district.
- "Become a supporter" form: name or company name, type (blogger, influencer, celebrity, philanthropist, company, media), Instagram or TikTok link, phone number or email address, message.
- Technical data: IP address and the time the form was submitted — solely to protect against spam and abuse.
13.3. Why we use the data
- To respond to your request and to contact you;
- to discuss connecting your venue to PeakPin or working together;
- to protect the forms from fake and automated submissions.
We do not use this data for advertising mailings, we do not sell it, and we do not pass it to third parties for marketing purposes.
13.4. Legal basis
We process your data on the basis of the consent you give when submitting the form, in accordance with the Law of the Republic of Azerbaijan "On Personal Data". You may withdraw your consent at any time (see section 13.8).
13.5. Who sees the data
- Authorised employees of PEAKPİN MMC: the corporate client services specialist for the zone the request relates to, the head of department, administrators and the support team — only to the extent needed for their work.
- Technical service providers needed for the service to work — solely for secure data storage, operating the website and spam protection, under confidentiality obligations.
13.6. How long we keep the data
Request data is kept for 12 months from the date it is received and is deleted automatically when this period ends. If you sign a contract with PeakPin on the basis of your request, the data under the contract is kept for the periods set out in the general privacy policy and in the contract.
13.7. Data published on the "Our partners" page
- Partner venues: the website shows only the venue's public information — its name, category, city or district, logo and cover image. The owner's phone number, email and payment details are never published. The venue owner can remove the venue from the page at any time by turning off the "Show on website" option in the PeakPin app.
- Launch supporters: the name, photo or logo, type and social media links of a person or company are published only with their prior consent. A supporter may withdraw this consent at any time; in that case the data is removed from the page within 3 business days at the latest.
13.8. Your rights
You have the right to access the data we hold about you, to request its correction or deletion, and to withdraw your consent. To do so, write to support@peakpin.app. We respond to your request within 30 days.
13.1. Что охватывает этот раздел
Этот раздел относится к данным, которые мы собираем через формы заявок «Станьте партнёрским заведением» и «Станьте сторонником» на сайте peakpin.app, а также к данным, публикуемым на странице «Наши партнёры». Владельцем и обработчиком данных является PEAKPİN MMC (Баку, Азербайджанская Республика).
13.2. Какие данные мы собираем
- Форма «Станьте партнёрским заведением»: имя и фамилия, номер телефона, название заведения, город и район.
- Форма «Станьте сторонником»: имя или название компании, тип (блогер, инфлюенсер, знаменитость, меценат, компания, медиа), ссылка на Instagram или TikTok, номер телефона или адрес электронной почты, сообщение.
- Технические данные: IP-адрес и время отправки формы — исключительно для защиты от спама и злоупотреблений.
13.3. Для чего мы используем данные
- Чтобы ответить на ваше обращение и связаться с вами;
- чтобы провести переговоры о подключении вашего заведения к PeakPin или о сотрудничестве;
- чтобы защитить формы от поддельных и автоматических заявок.
Мы не используем эти данные для рекламных рассылок, не продаём их и не передаём третьим лицам в маркетинговых целях.
13.4. Правовое основание
Мы обрабатываем ваши данные на основании согласия, которое вы даёте при отправке формы, в соответствии с Законом Азербайджанской Республики «О персональных данных». Вы можете в любое время отозвать своё согласие (см. пункт 13.8).
13.5. Кто видит данные
- Уполномоченные сотрудники PEAKPİN MMC: специалист по обслуживанию корпоративных клиентов зоны, к которой относится заявка, руководитель отдела, администратор и служба поддержки — только в объёме, необходимом для их работы.
- Поставщики технических услуг, необходимые для работы сервиса, — исключительно в целях безопасного хранения данных, работы сайта и защиты от спама, на основании обязательств о конфиденциальности.
13.6. Сколько мы храним данные
Данные заявки хранятся 12 месяцев с даты поступления и по истечении этого срока автоматически удаляются. Если на основании вашей заявки вы заключаете договор с PeakPin, данные по договору хранятся в соответствии со сроками, указанными в общей политике конфиденциальности и в договоре.
13.7. Данные, публикуемые на странице «Наши партнёры»
- Партнёрские заведения: на сайте показывается только публичная информация о заведении — название, категория, город или район, логотип и обложка. Телефон, электронная почта и платёжные данные владельца никогда не публикуются. Владелец заведения может в любое время убрать заведение со страницы, отключив в приложении PeakPin опцию «Показывать на сайте».
- Стартовые сторонники: имя лица или название компании, фото или логотип, тип и ссылки на социальные сети публикуются только с его предварительного согласия. Сторонник может в любое время отозвать это согласие; в этом случае данные удаляются со страницы не позднее чем в течение 3 рабочих дней.
13.8. Ваши права
Вы вправе ознакомиться с хранящимися у нас вашими данными, потребовать их исправления или удаления, а также отозвать своё согласие. Для этого напишите на адрес support@peakpin.app. Мы отвечаем на ваше обращение в течение 30 дней.
13.1. Bu bölüm neyi kapsar
Bu bölüm, peakpin.app sitesindeki «Partner mekân olun» ve «Destekçi olun» başvuru formları aracılığıyla topladığımız verileri ve «Partnerlerimiz» sayfasında yayımlanan verileri kapsar. Verilerin sahibi ve işleyeni PEAKPİN MMC'dir (Bakü, Azerbaycan Cumhuriyeti).
13.2. Hangi verileri topluyoruz
- «Partner mekân olun» formu: ad ve soyad, telefon numarası, mekânın adı, şehir ve rayon.
- «Destekçi olun» formu: ad veya şirket adı, tür (blogger, influencer, ünlü, hayırsever, şirket, medya), Instagram veya TikTok bağlantısı, telefon numarası veya e-posta adresi, mesaj.
- Teknik veriler: IP adresi ve formun gönderilme zamanı — yalnızca spama ve kötüye kullanıma karşı koruma amacıyla.
13.3. Verileri ne için kullanıyoruz
- Başvurunuza yanıt vermek ve sizinle iletişime geçmek;
- mekânınızın PeakPin'e katılması veya iş birliği konusunda görüşme yapmak;
- formları sahte ve otomatik başvurulara karşı korumak.
Bu verileri reklam gönderimleri için kullanmıyor, satmıyor ve pazarlama amacıyla üçüncü kişilere aktarmıyoruz.
13.4. Hukuki dayanak
Verilerinizi, formu gönderirken verdiğiniz onaya dayanarak, Azerbaycan Cumhuriyeti'nin «Kişisel Veriler Hakkında» Kanunu'na uygun olarak işliyoruz. Onayınızı istediğiniz zaman geri çekebilirsiniz (bkz. madde 13.8).
13.5. Verileri kimler görür
- PEAKPİN MMC'nin yetkili çalışanları: başvurunun ilgili olduğu bölgenin kurumsal müşteri hizmetleri uzmanı, birim yöneticisi, yönetici (admin) ve destek ekibi — yalnızca işleri için gerekli olduğu ölçüde.
- Hizmetin çalışması için gerekli teknik hizmet sağlayıcıları — yalnızca verilerin güvenli saklanması, sitenin çalışması ve spama karşı koruma amacıyla, gizlilik yükümlülükleri çerçevesinde.
13.6. Verileri ne kadar süre saklıyoruz
Başvuru verileri alındığı tarihten itibaren 12 ay saklanır ve bu süre sona erdikten sonra otomatik olarak silinir. Başvurunuz üzerine PeakPin ile sözleşme imzalamanız halinde, sözleşmeye ilişkin veriler genel gizlilik politikasında ve sözleşmede belirtilen sürelere uygun olarak saklanır.
13.7. «Partnerlerimiz» sayfasında yayımlanan veriler
- Partner mekânlar: sitede yalnızca mekânın kamuya açık bilgileri gösterilir — adı, kategorisi, şehri veya rayonu, logosu ve kapak görseli. Sahibin telefonu, e-postası ve ödeme bilgileri hiçbir zaman yayımlanmaz. Mekân sahibi, PeakPin uygulamasında «Sitede göster» seçeneğini kapatarak mekânını istediği zaman sayfadan kaldırabilir.
- Başlangıç destekçileri: kişinin veya şirketin adı, fotoğrafı veya logosu, türü ve sosyal medya bağlantıları yalnızca onun önceden verdiği onayla yayımlanır. Destekçi bu onayı istediği zaman geri çekebilir; bu durumda veriler en geç 3 iş günü içinde sayfadan kaldırılır.
13.8. Haklarınız
Hakkınızda sakladığımız verilere erişme, bunların düzeltilmesini veya silinmesini talep etme ve onayınızı geri çekme hakkına sahipsiniz. Bunun için support@peakpin.app adresine yazın. Başvurunuza 30 gün içinde yanıt veriyoruz.